3 iyun 2023-cü il tarixdə Eyvazov Volodiya Həzrəbək oğlu idarə etdiyi “Vaz-2107” markalı, 40-BK-336 dövlət qeydiyyat nişanlı avtomobil ilə sərxoş vəziyyətdə Qusar-Şahdağ yolunun 7-ci kilometrliyində, Qusar şəhəri istiqamətində hərəkətdə olarkən Ağarzayev Nadir Şahkərəm oğlunun idarə etdiyi “Vaz-2106” markalı, 38-BE-184 dövlət qeydiyyat nişanlı avtomobili arxa hissəsindən vuraraq yoldan dərəyə aşırmış, nəticədə “Vaz-2106” markalı avtomobildə sərnişin olan Ağarzayeva Yeganə Muradrəsul qızı aldığı xəsarətlər hadisə yerində ölmüş, sürücülər Volodiya Eyvazov və Nadir Ağarzayev isə “qapalı kəllə-beyin travması” xəsarətləri ilə Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişlər.
"Operativ Media" xəbər verir ki, faktla bağlı Qusar RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.