Menyu

Avtovağzalda bir nəfərin çantasından 500 manat və 4000 dollar oğurlanıb

Nərmin Qocamanlı
Avtovağzalda bir nəfərin çantasından 500 manat və 4000 dollar oğurlanıb
1 dəq oxu

Mayın 31-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında Bakı şəhər sakini olan bir nəfərin çantasından 500 manat və 4000 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini Elvin Namazov müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər