Menyu

Azərbaycan məktəblərində vahid məktəbli formasına keçiləcək

Nərmin Qocamanlı
Azərbaycan məktəblərində vahid məktəbli formasına keçiləcək

Növbəti tədris ilindən məktəbli formaları qaydalarda göstərilən standartlara uyğun olacaq.

"Operativ Media" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.

O bildirib ki, ötən il valideynlər artıq uşaqlarına formalar aldıqları üçün məcburi edilməmişdi:

"Formaların olub-olmayacağını məktəblərin pedaqoji şurları müəyyən edir. Məktəb yığışıb deyə bilər ki, forma istəmirik. Bu, mümkündür. Burada heç bir məcburiyyət olmayacaq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər