http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Polis Nardaran və Bakıxanov qəsəbələrində əməliyyat keçirib

05 İyun 2023 , 14:36
Polis Nardaran və Bakıxanov qəsəbələrində əməliyyat keçirib

Sabunçu rayonunda may ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 75 nəfər saxlanılıb.

"Operativ Media" xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Nardaran qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mirzədadaş Cəlilov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluq edərək yertişdirdiyi 97 ədəd çətənə kolu, eləcə də 2 kiloqram 200 qram marixuana aşkar edilib.
Bölmə əməkdaşlarının Bakıxanov qəsəbəsində həyata keçirdikləri növbəti əməliyyat zamanı isə narkotik madddələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Vüqar Rəhimov saxlanılıb. Bu şəxsin üzərindən və evindən isə 2 kiloqram 500 qram marixuana aşkar olunub.
Qeyd edək ki, may ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 75 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir
Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 45 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 
 

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu