http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Baş prokuror AŞPA-nın həmməruzəçiləri ilə görüşüb

05 İyun 2023 , 19:07
Baş prokuror AŞPA-nın həmməruzəçiləri ilə görüşüb

İyunun 5-də Baş prokuror ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə görüşüb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Qonaqları salamlayan Kamran Əliyev Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Avropa Şurasının qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu qeyd edib. Baş prokuror dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar, o cümlədən 2020-ci ilin iyununda təsdiq olunmuş yeni strukturda yer almış cinayət təqibindən kənar icraatlar, əmlakların bərpası və xidməti araşdırmalar üzrə fəaliyyət istiqamətləri barədə qonaqları məlumatlandırıb.

Ölkəmizə səfərlərindən məmnunluqlarını ifadə edən AŞPA-nın həmməruzəçiləri Azərbaycanın hüquq sistemində aparılan islahatları müsbət qiymətləndirdiklərini vurğulayaraq, Avropa Şurası ilə ölkəmizin müvafiq qurumları ilə əlaqələrin inkişafında və qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildirib. 

Tərəflər arasında Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra vəziyyəti müzakirə edilərək, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb. 

Görüşdə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Petr Zix və Milli Məclisin deputatı Kamal Cəfərov iştirak ediblər.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu