http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Uşaqları sosial şəbəkələrdəki nifrətdən necə qoruyaq? - Sosioloq

03 Avqust 2023 , 19:30
Uşaqları sosial şəbəkələrdəki nifrətdən necə qoruyaq? - Sosioloq

Sosial mediaya nəzarətin olmaması istifadəçilərə istənilən mövzuya dair öz fikirlərini sərbəst şəkildə ifadə etmək azadlığı verir. Bu isə insanların bir-birinə qarşı olan həm sevgi və mərhəmət, həm də nifrət və kin duyğularını üzə çıxarmağa imkan yaradır. Nifrət dolu çıxışların həddini aşmış dərəcəsi isə təhqir və hədə-qorxularla müşahidə olunur. Ən böyük problem isə artıq azyaşlı və yeniyetmələrin də internetin ağuşunda sosial şəbəkə istifadəçisi kimi böyüməsindən qaynaqlanır. Çünki onlarda şiddətə meyil yaranır. Hətta heç tanımadıqları insanlara qarşı belə  əxlaqsız və nalayiq ifadələrə yol verən şəxslərin rəylərini və postlarını görən uşaq oxşar situasiyalarda eyni reaksiyaları göstərməkdən çəkinmirlər.

Bu barədə sosioloq Mail Yaqub “Operativ Media”ya verdiyi açıqlamada qeyd edib ki, sosial mediadakı nifrət dolu paylaşım və statuslar nəinki uşaqlara, eləcə də böyüklərə mənfi təsir edir:

“Təəssüf ki,  bəzi insanlar içlərində olan bütün neqativ enerji və fikirləri sosial şəbəkələrdə bildirməli olduqlarını düşünürlər ki, bu da ümumi atmosferə ziyan vurur və sosial şəbəkə neqativ ruha bürünür. İnsan neqativ danışan biri ilə 10 dəqiqədən çox söhbət edəndə artıq özü də neqativə köklənir, ruhdan düşür, ümidsizləşir və pessimistləşir. Bu isə xüsusilə uşaqlara pis təsir edir. Buna görə də istər uşaqlar, istər böyüklər maksimum dərəcədə  neqativ və aqressiv postlardan uzaq durmalıdırlar. İlk növbədə buna özləri yol verməməli, nifrət dolu çıxışlar etməməlidirlər. Daha sonra istənilən paylaşımda aqressiya gördükdə onu oxumağı və ya izləməyi dayandırmalıdırlar”.

Sosioloq bildirib ki, uşaqları mənfi və neqativ təsirlərdən qorumaq ailənin öhdəsinə düşür:

“Əgər ailədə pozitiv, nikbin, optimist, yüksək əhval dolu atmosfer yaransa, uşaqların internetə meyilləri bir o qədər azalacaq. Çünki o həzzi evdəki ailə üzvləri ilə ən pozitiv həddə dadacaqlar və onların sosial şəbəkəyə sığınma ehtimalı azalacaq”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

XƏBƏR LENTİ
  • 00:04

    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
    Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO
  • Dünən
    23:22

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB
  • Dünən
    22:59

    Muxtar Babayev “Qlobal Bərpa Olunan Enerji Sammitin”də çıxış edib
  • Dünən
    22:44

    İcma Kamala Harrisin Amerikanın erməni icmasına ünvanlandığı müraciəti ilə bağlı bəyanat yayıb
  • Dünən
    22:33

    Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub
  • Dünən
    21:57

    Ərdoğan Miçotakislə görüşüb
  • Dünən
    21:20

    Azərbaycan və Ermənistan parlament sədrləri görüşəcək
  • Dünən
    21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
Menyu