Menyu

"Orhus" 40 il sonra Danimarka çempionu oldu

Operativ Media
"Orhus" 40 il sonra Danimarka çempionu oldu

"Orhus" 2025/26 mövsümündə Danimarka çempionu olub.

Operativ Media xəbər verir ki, Danimarka millisinin sabiq oyunçusu Yakob Poulsenin rəhbərlik etdiyi komanda mayın 10-da, çempionatın 31-ci turunda "Brondbü"yə 2:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində "Orhus" turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Midtülland" klubu ilə xal fərqini 4-ə çatdıraraq, birinciliyin başa çatmasına bir tur qalmış çempionluğu təmin edib.

Beləliklə, "Orhus" böyük sensasiyaya imza ataraq tarixində altıncı, 1986-cı ildən bəri isə ilk dəfə Danimarka çempionu adını qazanıb.

Əlaqəli Xəbərlər