Andrea Kambiaso yay transfer pəncərəsi öncəsi Premyer Liqa klublarının ciddi marağına səbəb olub.
Operativ Media xəbər verir ki, bu haqda "TeamTalk" məlumat yayıb.
Bildirilir, ki, "Mançester Yunayted", "Arsenal" və "Liverpul" "Yuventus"un cinah müdafiəçisinin çıxışını yaxından izləyirlər. Xüsusilə sol cinah müdafiəçisi axtarışında olan "Yunayted" bu transferdə daha aktivdir.
Kambiasonun yeni çağırışlara açıq olduğu bildirilsə də, "Yuventus" 2029-cu ilə qədər müqaviləsi olan İtaliya millisinin üzvü üçün 60 milyon avrodan çox təzminat tələb edir.
Qeyd edək ki, "Mançester Siti" də son transfer dövrlərində 26 yaşlı futbolçunu yaxından təqib edənlər arasındadır.