Menyu

"Barselona" futbolçuları çempionluğu fərqli qeyd etdilər

Operativ Media
"Barselona" futbolçuları çempionluğu fərqli qeyd etdilər

"Barselona"nın futbolçuları İspaniya çempionluğunun qazanılmasını maraqlı üsulla bayram ediblər.

Operativ Media xəbər verir ki, La Liqanın 35-ci turunda evdə "Real" üzərində qazanılan qələbədən (2:0) və çempionluğun rəsmiləşməsindən sonra yarımmüdafiəçilər Dani Olmo, Pedri və müdafiəçi Erik Qarsiya gecə vaxtı Barselona küçələrində velosiped sürüblər. Qeyd edək ki, oyunçular artıq ikinci ildir ki, çempionluğu məhz bu cür qeyd edirlər.

Ötən mövsüm Olmo, Pedri, Qarsiya və İnyiqo Martines velosipedlərlə appendisit əməliyyatından sonra reabilitasiya keçən komanda yoldaşları Ferran Torresin yanına, xəstəxanaya getmişdilər. Bu dəfə isə futbolçular sadəcə şəhər gəzintisinə çıxmaqla kifayətləniblər.

Bundan əlavə, Mark Kasado və Alexandro Balde çempionluq sevincini klubun azarkeşləri ilə birbaşa ünsiyyətdə olaraq paylaşıblar.

Əlaqəli Xəbərlər