Menyu

İspaniyalı Serrano Premyer Liqada 100 oyun həddinə çatdı

Operativ Media
İspaniyalı Serrano Premyer Liqada 100 oyun həddinə çatdı

Misli Premyer Liqasının XXXI turu “Turan Tovuz”un yarımmüdafiəçisi Alexandro Serrano üçün əlamətdar olub.

Operativ Media PFL-ə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib. Onun yubileyi “Karvan-Yevlax”la ev matçına (1:0) təsadüf edib.

Serrano bu qarşılaşmalarda 11 qola imza atıb. Premyer Liqada yalnız bir klubda çıxış edən futbolçu “Turan Tovuz”da 2023/24 mövsümündə debüt edib.

Serrano Premyer Liqada 100 və daha çox oyun keçirən ikinci ispaniyalıdır. Onadək yalnız “Qarabağ”ın sabiq futbolçusu Miçel buna nail olub.

Əlaqəli Xəbərlər