Mövsümdə ikinci dəfə ilk dəqiqədə qol vuruldu
Operativ Media
Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün ən erkən qollarından biri vurulub.
Operativ Media PFL-ə istinadən xəbər verir ki, XXXI turun “Neftçi” – “Şamaxı” matçında (3:0) hesabı açan Emin Mahmudov 1-ci dəqiqədə fərqlənib.
Bu, mövsümdə ilk dəqiqəyə təsadüf edən ikinci qoldur. Hesabın belə erkən açılması ilk dəfə II turda qeydə alınıb. 2025-ci il avqustun 24-də Coy Lens Mikels 1-ci dəqiqədə topu rəqib qapısından keçirib. Emin kimi almaniyalı futbolçu da “Şamaxı” ilə görüşdə (2:1) fərqlənib. Çempionatın bombardiri səfər görüşündə buna nail olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net