Azərbaycan millisi Gürcüstana məğlub oldu
Operativ Media
16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində son oyuna çıxıb.
Operativ Media xəbər verir ki, milli Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Binə stadionunda keçirilən görüş rəqib komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
U-16-nın heyətində qolları 3-cü dəqiqədə penaltidən Xədicə Rəhimova və 20-ci dəqiqədə Suel Polikarpova vurublar.
Xatırladaq ki, Azərbaycan yığması daha əvvəlki qarşılaşmalarda Litvaya (1:4) və Rumıniyaya (1:7) uduzub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net