Qobuda su sayğacları oğurlayan şəxs saxlanılıb
Operativ Media
Abşeron rayonu Qobu qəsəbəsində yerləşən iki evdən oğurluq edilib.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, naməlum şəxs gecə saatlarında zərərçəkənlərin həyətinə daxil olaraq oradan su sayğacları, mühərriklər və digər qiymətli əşyaları talayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Salahlı saxlanılıb.
Araşdırmalar zamanı onun oğurladığı avadanlıqları satdığı məlum olub.
Araşdırmalar aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net