http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ölkədə rekord sayda şəxs tələbə adını qazanıb - ekspertlər 4 il sonrakı vəziyyəti şərh ediblər

15 Avqust 2023 , 15:13
Ölkədə rekord sayda şəxs tələbə adını qazanıb - ekspertlər 4 il sonrakı vəziyyəti şərh ediblər

Bu il Azərbaycanda 55 mindən çox şəxs tələbə adını alıb. Hər il ali təhsilə marağın daha da artması Azərbaycanın gələcəyi üçün olduqca əhəmiyyətlidir. Lakin universitetlərə qəbul olan gənclər təhsil müddətini başa vurduqdan sonra oxuduqları ixtisas üzrə işləmək istəyirlər.

Bəs ali təhsil müəssisələrində oxuyan bu qədər şəxsin gələcəkdə öz ixtisaslarına uyğun iş tapması mümkün olacaqmı? 

No photo description available.

Təhsil eksperti İlqar Orucov mövzu ilə əlaqədar “Operativ Media”ya açıqlamasında bildirib ki, dünya təcrübəsinə nəzərən dörd ildən sonra bu şəxslərə məzun olaraq əmək bazarında öz ixtisasları üzrə iş tapa bilməmələri müşahidə olunub:

“Ali təhsil müəssisəsi tələbəyə onun həm vətəndaş kimi, həm şəxsiyyət kimi formalaşmasında, sosiallaşmasında, eyni zamanda onun yekunda mütəxəssis olaraq formalaşmasında müstəsna rol oynayır. Universitetdə oxuyan hər bir gənc məzun olandan sonra öz ixtisası üzrə əmək bazarında iş tapmalı olduğunu düşünür.  Bu istiqamətdə Azərbaycanda yeni iş yerləri yaradılır və bütövlükdə əmək bazarının tələblərinə və dünyada gedən tendensiyalara uyğun olaraq yeni iş yerlərinin yaradılması üzərində iş aparılır.  Lakin minlərlə tələbənin hamısının işlə təmin olunacağını iddia etmək və gözləmək absürddur. Çox güman ki, Azərbaycan əmək bazarında bu qədər insanın işlə təmin olunması problem olacaq, çünki əmək bazarının şərtləri fərqlidir. Burada böyük rəqabət mühiti var”.

İ.Orucovun sözlərinə görə, şəxs peşəkar bacarıqlara, səriştələrə malik olmaq üçün təhsilini davam etdirərsə,  onun iş tapmaq imkanları xeyli asanlaşar və bu, eyni zamanda Azərbaycan universitetlərinin  məzunlarının beynəlxalq əmək bazarına müraciət etməsinə də şərait yaradar:

“Digər ölkələrdə bir universitetdə təhsil alan 10 000 tələbə varsa, yekunda onların  5 000-nin məzun olması mümkün olur. Ancaq Azərbaycanda bu, bir qədər fərqlidir. Düşünürəm ki, universitetlərimizin buraxılışını mümkün qədər sərtləşdirməliyik ki, yalnız peşəkarlar oradan məzun kimi çıxa bilsinlər”.

Təhsil məsələləri üzrə mütəxəssis, “Azərbaycan Universitetləri” feysbuk səhifəsinin admini Zöhrab Süleymanov isə bildirib ki, hər il əmək bazarına  daxil olan 35-40 minə yaxın diplomlu şəxsin təxminən yarısı iş tapa bilmirdisə, indi  bu rəqəm əhəmiyyətli dərəcədə artıb:

Zohrab Suleyman - Marketing And Public Relations Manager - Azerbaijan  Technical University | LinkedIn

“Bu artımdan sonra ən böyük yük universitetlərin üzərinə düşür. Çünki ali məktəblər öz məzunlarının karyera imkanlarını onlar tələbə olarkən düşünməlidir, müxtəlif yerli və transmilli şirkətlərlə əməkdaşlıqlar qurmalıdır. Qlobal şirkətlərə heç olmasa, hər il məzun nisbətinin 10%-i qədərində kadrlar hazırlamalıdır. Elm tələbənin öz oxuduğu universitetdə qalıb işləyib alim, professor olmasına şərait yaratmalıdır. Ancaq bizim universitetlərin bəziləri qəbul zamanı yalançı vədlərlə 5-10 manat artıq təqaüdlə plan doldurmaq xətrinə aşağı balla olsa da, tələbə cəlb etməklə öz işini bitmiş sayır. Bunun fəsadını gələcəkdə yaşayacağıq”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Prokurorluq orqanlarına qulluğa qəbul imtahanın vaxtı açıqlanıb

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

Anım Günü münasibətilə DSX-nın struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq

XƏBƏR LENTİ
  • 09:04

    Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb
  • 08:56

    Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB
    Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB
  • 08:50

    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər - YENİLƏNİB
    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər - YENİLƏNİB
  • 07:44

    Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
  • 07:33

    Azərbaycanın xarici işlər naziri G-77 ölkələri və Çin nazirlərinin görüşündə çıxış edib
  • 07:04

    Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib
  • 07:03

    COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
Menyu