Menyu

Bibiheybət yolunda aparılan təmir-bərpa işləri başa çatıb

Operativ Media
Bibiheybət yolunda aparılan təmir-bərpa işləri başa çatıb

İntensiv yağıntıların yaratdığı fəsadların aradan qaldırılması məqsədilə bir neçə gün əvvəl start verilən işlər sürətli və keyfiyyətli şəkildə icra olunub. Ərazidə mümkün əlavə risklərin qarşısını almaq üçün qabaqlayıcı və təhlükəsizlik tədbirləri də paralel şəkildə həyata keçirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Operativ Media-ya bildirilib ki, yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı bərpa işləri aparılıb.

Yeni torpaq yatağı və yol əsası inşa edilib, daha sonra həmin hissəyə tələb olunan qalınlıqda yeni asfalt örtüyü döşənib.

Bununla yanaşı, ərazi boyunca səth sularının effektiv şəkildə kənarlaşdırılması üçün xüsusi drenaj tədbirləri görülüb.

Əlaqəli Xəbərlər