Menyu

ABL: "Neftçi" NTD-ni məğlub etdi

Operativ Media
ABL: "Neftçi" NTD-ni məğlub etdi

Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilir.

Operativ Media xəbər verir ki, mərhələnin üçüncü günündə iki cavab oyunu keçirilib.

Günün ilk matçında "Gəncə" komandası öz meydanında "Ordu"nu qəbul edib. Gəncə İdman Sarayında baş tutan görüş meydan sahiblərinin 85:78 (23:21, 24:16, 20:18, 18:23) hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, bu komandalar arasındakı ilk görüşdə "Ordu" 108:106 hesabı ilə qalib gəlmişdi. İkinci matçda qonaqların heyətində ən yaxşı göstərici 15 xal toplayan Delano Spenser Liyə məxsus olub.

Günün növbəti qarşılaşması Bakı İdman Sarayında NTD və "Neftçi" komandaları arasında baş tutub. Gərgin keçən mübarizə "Neftçi"nin 119:99 (29:31, 25:18, 35:25, 30:25) hesablı parlaq qələbəsi ilə yekunlaşıb. İlk oyunda NTD 97:94 hesabı ilə üstün olmuşdu. Qalib komandanın heyətində Devonte Qrin və Camal Beyin hər biri 30 xal toplayaraq oyunun ən məhsuldar oyunçuları seçiliblər.

Mərhələnin digər iki cavab oyunu sabah keçiriləcək.

Əlaqəli Xəbərlər