Bakıda daha 5 yolda təmir işləri həyata keçiriləcək
Operativ Media
Bakıda bir sıra küçə və prospektlərdə təmir işləri aparılacaq.
Operativ Media xəbər verir ki, yol örtüyünün istismar vəziyyəti nəzərə alınaraq Rəşid Behbudov küçəsi, Ziya Bünyadov prospekti, Abbas Mirzə Şərifzadə küçəsi, Səməd Vurğun küçəsi, eləcə də Bakı Dairəvi yolundan “Meyvəli Ticarət Mərkəzi”nə gedən hissədə təmir işləri planlaşdırılır.
Bildirilib ki, işlər 17 aprel saat 23:00-dan 20 aprel saat 06:00-dək davam edəcək.
Qeyd olunan müddətdə sözügedən ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sürücülərdən müvəqqəti yol nişanlarının tələblərinə əməl etmələri və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.