Azərbaycan 1-ci Liqasında 22-ci tura yekun vurulub.
Operativ Media xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub. "Mingəçevir" doğma meydanda "Difai Ağsu"ya 2-1 hesabı ilə qalib gəlib. "Baku Sportinq" isə lider "Şəfa" ilə 0-0 hesablı heç-heçə edib. Turun qapanış matçında isə "Səbail" "Şimal" üzərində 4-0 hesablı qələbə qazanıb.
22 turdan sonra "Şəfa" 49 xalla turnir cədvəlinin 1-ci, "Mingəçevir" 42 xalla 2-ci, "Baku Sportinq" isə 41 xalla 3-cü pillədə qərarlaşıb. "Səbail" isə 40 xalla 4-cü pillədə yer alıb.