Menyu

Yanvar-mart aylarında 187 milyon dollarlıq meyvə-tərəvəz ixrac edilib

Operativ Media
Yanvar-mart aylarında 187 milyon dollarlıq meyvə-tərəvəz ixrac edilib

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 187 milyon dollar dəyərində 137,8 min tondan çox meyvə və tərəvəz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 21,9 faiz, həcmi isə 4,2 faiz artıb.

Cari ilin ilk rübündə tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 3,46 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 21,7 faizə bərabər olub.

Əlaqəli Xəbərlər