Bakıda 5 avtomobili talayan şəxs saxlanılıb
Operativ Media
Nərimanov rayonunda zərərçəkənlərə məxsus 4 avtomobilə müdaxilə edilərək onlara ziyan vurulub, nəqliyyat vasitələrində olan müxtəlif məbləğlərdə pul vəsaiti, eləcə də mobil telefonlar oğurlanıb.
DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə bu əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Kərimov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun analoji cinayəti Nəsimi rayonu, H.Seyidzadə küçəsində də törətdiyi məlum olub. Həmin ünvanda Q.Kərimovun “KIA” markalı avtomobildən oğurladığı mobil telefonu satdığı, pul vəsaitini isə xərclədiyi müəyyən edilib.
Faktlar üzrə araşdırmalar davam etdirilir.