http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Araz-Naxçıvan”ı minimal fərqlə məğlub edib

20 Avqust 2023 , 20:07
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Araz-Naxçıvan”ı minimal fərqlə məğlub edib

Azərbaycan Premyer Liqasında III turun oyunları davam edir.

“Operativ Media” xəbər verir ki, günün ilk matçında son çempion “Qarabağ” elitaya qayıdan “Araz-Naxçıvan”ı qəbul edib.

Nicat İsmayıllının idarə etdiyi görüşdə hesabı 15-ci dəqiqədə meydan sahibləri açıblar. Fransalı yarımmüdafiəçi Adama Diakabi adını tabloya yazdırıb. Fasilədən sonra gözlənilmədən qonaqlar bərabərlik topunu vurublar. Bosniya və herseqovinalı yarımmüdafiəçi Miço Kuzmanoviç 57-ci dəqiqədə rəqibi mərkəzə dəvət edib.

Buna baxmayaraq, Naxçıvan təmsilçisi sona qədər müqavimət göstərə bilməyib. 90+5-ci dəqiqədə Abdullah Zubir “Qarabağ”a 2:1 hesablı qələbə qazandıran qolu vurub. Bu qələbədən sonra “Qarabağ” 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Araz-Naxçıvan” isə 3 xalla 6-cı yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i (2:0), “Sumqayıt” “Qəbələ”ni (2:1), “Zirə” isə “Səbail”i (2:1) məğlub edib. Tura bu gün keçiriləcək “Sabah” – “Neftçi” görüşü ilə yekun vurulacaq.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi

Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi

Krivotsyuk oynadı, komandası məğlub oldu

Krivotsyuk oynadı, komandası məğlub oldu

XƏBƏR LENTİ
  • 11:13

    AZAL Turizm işçiləri günü münasibətilə beynəlxalq reyslərə 29% endirim təklif edir
  • 10:53

    Avstriyada parlament seçkiləri keçirilir
  • 10:15

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib
  • 10:07

    İranın cənub-şərqində helikopter qəzası baş verib
  • 09:30

    Hakan Fidan: “Hizbullah”ın lideri region üçün önəmli fiqur idi
  • 09:25

    Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik
    Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik
  • 08:37

    Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər
  • 08:33

    Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Menyu