Menyu

Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın olub

Operativ Media
Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın olub
1 dəq oxu

Bakı şəhəri, Nərimanov rayonu, Ədhəm Orucəliyev küçəsində çoxmərtəbəli yaşayış binasının zirzəmisində elektrik sayğacları quraşdırılan hissədə yanğın baş verib.

Bu barədə Operativ Media-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 10kv.m. olan elektrik otağında 93 ədəd sayğac və ayırıcı, 2 ədəd elektrik tənzimləyicisi yanıb.

Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.

Əlaqəli Xəbərlər