"Qarabağ"ın sabiq futbolçusu Kipr klubuna keçdi
Operativ Media
Ötən mövsüm icarə əsasında “Qarabağ”da çıxış edən Sami Mmaenin yeni komandası bəlli olub.
Operativ Media xəbər verir ki, müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”suna qayıdan 29 yaşlı mərkəz müdafiəçisi yenidən icarəyə göndərilib.
O, Kiprin “Pafos” klubuna keçib. Klubun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, futbolçunun icarə müqaviləsi gələn ilin mayına qədərdir. Müqavilədə satınalma bəndi də var.
Xatırladaq ki, Azərbaycan U-21 millisinin üzvü Murad Məmmədov da ötən ay “Pafos”a keçib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net