Menyu

"Barselona" "Borussiya"nın hücumçusu Kərim Adeyeminin transferini həll edib

Operativ Media
"Barselona" "Borussiya"nın hücumçusu Kərim Adeyeminin transferini həll edib
1 dəq oxu

İspaniyanın "Barselona" klubu Dortmund "Borussiya"sının hücumçusu Kərim Adeyeminin transferi ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir.

​Operativ Media xəbər verir ki, bu barədə məlumatı tanınmış idman jurnalisti Florian Plettenberq paylaşıb.

​Mənbənin yaydığı məlumata görə, Kataloniya təmsilçisi 24 yaşlı almaniyalı futbolçu üçün qarşı tərəfə 22 milyon avro ödəyəcək, daha 9 milyon avro isə potensial bonus şəklində müqavilədə qeyd olunacaq. Bununla yanaşı, Dortmund klubu oyunçunun növbəti satışından 35 faiz pay əldə edəcək. Hücumçunun özünün isə İspaniya nəhəngi ilə 5 illik müqavilə imzalayacağı bildirilir.

​Qeyd edək ki, Kərim Adeyemi 2022-ci ilin iyul ayından etibarən "Borussiya"nın şərəfini qoruyur. Hücumçu 2025/2026-cı illər mövsümündə komandanın heyətində meydana çıxdığı bütün turnirlər daxil olmaqla 39 qarşılaşmada 10 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.

Əlaqəli Xəbərlər