Menyu

“Tik-Tok”-da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb

Nərmin Qocamanlı
“Tik-Tok”-da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb

Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğurlanıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, zərərəçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantanın oğurlandığı barədə məlumat verib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib. 

Araşdırmalar zamanı S.Sadıqovanın Tik-Tok sosial şəbəkəsində özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim edərək ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub. S.Sadıqova barəsində 4-cü Polis Bölməsində araşdırmalar davam etdirilir.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər