Menyu

"Qarabağ" yoxlama oyununda Avstriya klubuna qalib gəldi

Operativ Media
"Qarabağ" yoxlama oyununda Avstriya klubuna qalib gəldi
1 dəq oxu

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə ilk yoxlama oyununu keçirib.

Operativ Media xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli "Tirol" klubu ilə üz-üzə gəlib.

"In Gernot Langes" stadionunda, Bakı vaxtı ilə saat 19:00-da start götürən matç Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:0. "Köhlən atlar"ın heyətində Zakariya Savo het-trik edib, digər qolu Kamilo Duran vurub.

Əlaqəli Xəbərlər