Menyu

Xəzər rayonunda əldə etdiyi odlu silahı satmaq üçün özündə saxlayan şəxs tutulub

Nərmin Qocamanlı
Xəzər rayonunda əldə etdiyi odlu silahı satmaq üçün özündə saxlayan şəxs tutulub

Vətəndaşlarda olan odlu silah-sursatın könüllülük əsasında təhvil verilməsi və əməliyyat yolu ilə əldə olunması istiqamətində polis əməkdaşları tərəfindən aparılan tədbirlər davam etdirilir. 
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş, paytaxt sakini 1976-cı il təvəllüdlü Rüfət Bayramov saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd lüləsi və qundağı kustar üsulla kəsiımiş “TOZ-8” modelli tüfəng və 4 ədəd patron aşkar edilərək götürülüb. R.Bayramov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
 

Teqlər:

"X\u0259z\u0259r rayonunda \u0259ld\u0259 etdiyi odlu silah\u0131 satmaq \u00fc\u00e7\u00fcn \u00f6z\u00fcnd\u0259 saxlayan \u015f\u0259xs tutulub"

Əlaqəli Xəbərlər