Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb
Nərmin Qocamanlı
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, noyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 1 ədəd tapança, 22 ədəd alışdırıcısı, 5 patron darağı, 346 ədəd müxtəlif çaplı patron və 16 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə 1 ədəd avtomat, 8 ov tüfəngi, 16 patron və 2 patron darağı aşkar edilərək götürülüb.