http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Kürdəmirdə qanunsuz ov edən şəxslər saxlanılıb

18 Noyabr 2023 , 15:40
Kürdəmirdə qanunsuz ov edən şəxslər saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb. 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Qarasu kəndi ərazisindən keçən su kanalından elektrik cərəyanından istifadə edərək balıq ovlayan kənd sakinləri Rəşid Şükürov, Eldar və Elmir Rəhimovlar saxlanılıblar. 
Həmin şəxslərdən ov zamanı istifadə etdikləri elektrik cihazları, eləcə də ovladıqları müxtəlif növ balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bundan əlavə, eyni kənd ərazisində keçirilən digər bir tədbir zamanı qanunsuz olaraq dovşan ovlayan daha üç nəfər müəyyən edilib. Onlardan isə iki ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri və 18 ədəd ovlanmış çöl dovşanı aşkarlanıb.
Hər iki faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR
 “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

 “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

Vüsal Ağayev: "Sənayə və Dağ mədən nəzarəti sahəsində kadr məsələsi çox çətin məsələdir"

Vüsal Ağayev: "Sənayə və Dağ mədən nəzarəti sahəsində kadr məsələsi çox çətin məsələdir"

Gəncədə keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Gəncədə keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

XƏBƏR LENTİ
  • 12:06

     “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
     “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
  • 12:04

    İqtisadi Şura və AİH Müşahidə Şurasının birgə iclası keçirilib
  • 11:35

    Vüsal Ağayev: "Sənayə və Dağ mədən nəzarəti sahəsində kadr məsələsi çox çətin məsələdir"
  • 11:28

    Gəncədə keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır
  • 11:26

    Mirzoyan və Borrel Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
  • 11:26

    DİN kibertalamaya və kiberdələduzluğa qarşı maarifləndirici sosial videoçarx hazırlayıb
  • 11:06

    Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir
  • 10:57

    Kafedə qumar oyunları təşkil edən şəxs saxlanılıb
Menyu