http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Voleybol üzrə ordu birinciliyi başa çatıb

18 Noyabr 2023 , 17:26
Voleybol üzrə ordu birinciliyi başa çatıb

2023-cü ilin hazırlıq planına əsasən, Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən voleybol üzrə ordu birinciliyi başa çatıb.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Çıxış edənlər qalib komandaları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, hərbi qulluqçuların fiziki hazırlığının yüksək səviyyədə saxlanılmasında bu cür idman yarışlarının əhəmiyyətini xüsusi vurğulayıblar.

Bildirilib ki, müxtəlif qoşun növlərini və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən birincilikdə ümumilikdə 7 komanda mübarizə aparıb.

Yekun nəticələrə əsasən Heydər Əliyev adına Hərbi İnstitutun komandası qalib gələrək birinciliyin kubokunu qazanıb. Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Sonda qalib komandalara diplom, kubok və medallar təqdim olunub, xatirə şəkli çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
Laçında “Laçının daş yaddaşı” adlı açıq səma muzeyi yaradılacaq

Laçında “Laçının daş yaddaşı” adlı açıq səma muzeyi yaradılacaq

"Tiktok"da gizli kameraların satışını reklam edən şəxs saxlanıldı - FOTO

"Tiktok"da gizli kameraların satışını reklam edən şəxs saxlanıldı - FOTO

Güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi münasibəti ilə mətbuat konfransı keçirilib

Güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi münasibəti ilə mətbuat konfransı keçirilib

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Papanın Dubay səfəri təxirə salınıb
  • Dünən
    23:08

    Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    22:57

    Netanyahu: İsrailin məqsədi Qəzzanın demilitarizasiyası və deradikalizasiyasıdır
  • Dünən
    22:43

    BMT: Fələstinin tam üzvlüklə bağlı qərar üzv dövlətlərin üzərinə düşür
  • Dünən
    22:28

    Qazaxıstanda sovetyönlü "Xalq şurası"nın üzvləri separatizmdə təqsirli bilinib
  • Dünən
    22:20

    "Bayern" Noyerlə müqaviləni yenilədi
  • Dünən
    22:13

    KİV: Qəzzada beşinci qrup girovların BQXK nümayəndələrinə təhvil verilməsinə başlanılıb
  • Dünən
    22:05

    Azərbaycan millisi Mərakeşə məğlub oldu
Menyu