Menyu

Salyan sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb

Nərmin Qocamanlı
Salyan sakinlərindən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi, eləcə də könüllü təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlər nəticəsində 2 rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü olaraq polisə təhvil veriblər.
Bundan əlavə, keçirilən digər tədbirlər nəticəsində 2 rayon sakinindən də müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Teqlər:

"Salyan sakinl\u0259rind\u0259n qanunsuz saxlad\u0131qlar\u0131 ov t\u00fcf\u0259ngl\u0259ri g\u00f6t\u00fcr\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər