Bakı-Şamaxı yolunda qəza törədən şəxs hadisə yerindən qaçıb
Nərmin Qocamanlı
Maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü DYP tərəfindən aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib
BDYP-dən "Operativ Media"ya verilən məlumata görə, Bakı-Şamaxı avtomobil yolunda “VAZ 21214” markalı, 90-OR-122 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün qəza törədərək hadisə yerindən yayınması barədə vətəndaş R.Alıyev tərəfindən Baş DYP İdarəsinə müraciət daxil olmuşdur.
Vətəndaşın müraciəti əsasında Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və sürücünün T.Təhməzov olduğu müəyyən edilmiş və o, inzibati qaydada məsuliyyətə cəlb edilmişdir.
Teqlər:
"Bak\u0131-\u015eamax\u0131 yolunda q\u0259za t\u00f6r\u0259d\u0259n \u015f\u0259xs hadis\u0259 yerind\u0259n qa\u00e7\u0131b"