Menyu

Xaçmazda 5 ədəd sənədsiz silah polisə təhvil verilib

Nərmin Qocamanlı
Xaçmazda 5 ədəd sənədsiz silah polisə təhvil verilib
1 dəq oxu

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Əlaqəli Xəbərlər