http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bir sıra rayonlarda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

19 Noyabr 2023 , 22:20
Bir sıra rayonlarda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

Bir sıra rayonlarda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri ümumilikdə 7 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində bir nəfərdən müvafiq sənədləri olmayan tüfəng götürülüb, bir nəfər rayon sakini isə qanunsuz saxladığı odlu silahı könüllü olaraq polisə təhvil verib.

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı isə mülki silahın saxlanılması qaydalarını pozan iki rayon sakini müəyyən edilib və onlar inzibati məsuliyyətə cəlb olunublar.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi, könüllü təhvil verilməsi və qanunsuz ov hallarının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Laçında “Laçının daş yaddaşı” adlı açıq səma muzeyi yaradılacaq

Laçında “Laçının daş yaddaşı” adlı açıq səma muzeyi yaradılacaq

"Tiktok"da gizli kameraların satışını reklam edən şəxs saxlanıldı - FOTO

"Tiktok"da gizli kameraların satışını reklam edən şəxs saxlanıldı - FOTO

Güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi münasibəti ilə mətbuat konfransı keçirilib

Güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi münasibəti ilə mətbuat konfransı keçirilib

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Papanın Dubay səfəri təxirə salınıb
  • Dünən
    23:08

    Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    22:57

    Netanyahu: İsrailin məqsədi Qəzzanın demilitarizasiyası və deradikalizasiyasıdır
  • Dünən
    22:43

    BMT: Fələstinin tam üzvlüklə bağlı qərar üzv dövlətlərin üzərinə düşür
  • Dünən
    22:28

    Qazaxıstanda sovetyönlü "Xalq şurası"nın üzvləri separatizmdə təqsirli bilinib
  • Dünən
    22:20

    "Bayern" Noyerlə müqaviləni yenilədi
  • Dünən
    22:13

    KİV: Qəzzada beşinci qrup girovların BQXK nümayəndələrinə təhvil verilməsinə başlanılıb
  • Dünən
    22:05

    Azərbaycan millisi Mərakeşə məğlub oldu
Menyu