Menyu

Xətai və Suraxanıda qaz kəsiləcək

Nərmin Qocamanlı
Xətai və Suraxanıda qaz kəsiləcək

Bu gün Bakının Xətai və Suraxanı rayonlarının təbii qazla təchizatı müvəqqəti dayandırılacaq.

"Operativ Media" Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, Xətai rayonunun Nəcəfqulu Rəfiyev küçəsində abadlıq işləri ilə əlaqədar qaz tənzimləyicinin və qaz xəttinin yerinin dəyişdirilməsi, eləcə də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinin Kərəm İsmayılov və Mədən küçələrinin kəsişməsində yerləşən yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək “Şüşə” orta təzyiqli qaz kəmərində və “Əhmədli” qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Xətai rayonunun Ağ şəhər, Mehdi Mehdizadə, Sabit Orucov, İ.Orucov, Fəzail Bayramov, Natiq Əliyev, Afıyəddin Cəlilov, Nəcəfqulu Rəfiyev küçələrinin, həmçinin Xocalı və Babək prospektlərinin bir hissəsinin, Suraxanı rayonunun isə Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"X\u0259tai v\u0259 Suraxan\u0131da qaz k\u0259sil\u0259c\u0259k"

Əlaqəli Xəbərlər