Menyu

Ötən gün xeyli sayda silah-sursat polisə təhvil verilib

Nərmin Qocamanlı
Ötən gün xeyli sayda silah-sursat polisə təhvil verilib
1 dəq oxu

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, noyabrın 18-də və 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2  ədəd avtomat, 5 ədəd qumbara,  6 patron darağı,  530 ədəd müxtəlif çaplı patron və 45 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 23 ov tüfəngi aşkar edilərək götürülüb.

Əlaqəli Xəbərlər