Menyu

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib 

Nərmin Qocamanlı
Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib 

Noyabrın 19-u saat 00:10 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun 107-ci kilometrliyində Siyəzən rayon sakini Xanbaba İbrahimov idarə etdiyi "KİA"  markalı avtomobil ilə eyni istiqamətdə sağdan sola yolu keçən piyada 1994-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Hüseynağa Qəribovu vurub. H.Qəribov hadisə yerində ölüb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

X.İbrahimov hadisə yerindən yayınıb, daha sonra isə  özü Siyəzən RPŞ-ə gedərək hadisə barədə məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Teqlər:

"\u015eabranda \u00f6l\u00fcml\u0259 n\u0259tic\u0259l\u0259n\u0259n yol-n\u0259qliyyat hadis\u0259si ba\u015f verib\u00a0"

Əlaqəli Xəbərlər