Menyu

Zəngilan və Alıbəyli kəndlərinin ilkin konsepsiyası sakinlərə təqdim olunub

Nərmin Qocamanlı
Zəngilan və Alıbəyli kəndlərinin ilkin konsepsiyası sakinlərə təqdim olunub

İşğaldan azad edilmiş və yenidən tikintisi nəzərdə tutulan yaşayış məskənlərinin sakinləri ilə növbəti görüş keçirilib.

"Operativ Media" xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilən görüşdə Zəngilan rayonunun Alıbəyli və Zəngilan kəndlərinin sakinləri iştirak ediblər.

Tədbirin məqsədi kəndin tarixi, mədəni irsi və sosial dəyərləri, digər özəllikləri barədə ətraflı məlumat toplamaq və onun ilkin konsepsiyasını sakinlərə təqdim etməkdir.

Görüşdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, onların istək və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər