Zərdab rayonunda qanunsuz ov edən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, həmin şəxsdən qanunsuz olaraq ovladığı ov quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən nəzarət tədbirləri nəticəsində 4 rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanıb.
Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net