Menyu

Kürdəmirdə elektrik cərəyanı ilə balıq ovlayan Saatlı rayon sakinləri saxlanılıblar

Nərmin Qocamanlı
Kürdəmirdə elektrik cərəyanı ilə balıq ovlayan Saatlı rayon sakinləri saxlanılıblar
1 dəq oxu

Kürdəmirdə elektrik cərəyanı ilə balıq ovlayan Saatlı rayon sakinləri saxlanılıblar
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Ərəbqubalı kəndi ərazisindən keçən su kanalından elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovlayan Saatlı rayon sakinləri S.Məmmədov, N.İsgəndərov, İ.Miriyev və N.İmanov saxlanılıblar. 
Həmin şəxslərdən ov zamanı istifadə etdikləri elektrik cihazları, eləcə də ovladıqları müxtəlif növ balıqlar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər