Menyu

İmişlidə tullantıların qalaqlanması faktı aşkar edilib

Nərmin Qocamanlı
İmişlidə tullantıların qalaqlanması faktı aşkar edilib

İmişli Rayon Polis Şöbəsinin və Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı rayonun Xoşçobanlı kəndi ərazisində yerləşən avtomobil təmiri məntəqələrinin birinin ətrafında təmir zamanı yaranan tullantıların qalaqlanması faktı aşkar edilib. 

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Aşkar edilmiş faktla bağlı qeyd olunan  qayda pozuntusa yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər