Menyu

Ötən gün axtarışda olan 109 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ötən gün axtarışda olan 109 nəfər saxlanılıb
1 dəq oxu

Noyabrın 20-də ölkə ərazisində qeydə alınan* 48, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 51 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər