Menyu

Xırdalanda mağazadan 21 000 manatlıq oğurluq edilib

Nərmin Qocamanlı
Xırdalanda mağazadan 21 000 manatlıq oğurluq edilib
1 dəq oxu

Noyabrın 16-na keçən gecə Xırdalan şəhəri ərazisində mağazaların birindən 21430 manat dəyərində 10 ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Z.Fərəcov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər