Menyu

Goranboyda qanunsuz torpaq daşınması faktı aşkarlanıb

Nərmin Qocamanlı
Goranboyda qanunsuz torpaq daşınması faktı aşkarlanıb

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yer təkinin istifadə qaydalarının pozulmasına qarşı monitorinq tədbirləri davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Operativ Media"yaverilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional idarəsinin əməkdaşlarının birgə keçirdikləri sonuncu reyd zamanı rayonun Veysli kəndi ərazisində qanunsuz olaraq Kamaz markalı yük avtomobili ilə torpaq daşınması aşkarlanıb. Faktla bağlı 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci ( İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib olunub.  Araşdırmalar davam etdirilir

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər