http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sabah hava necə olacaq?

21 Noyabr 2023 , 12:32
Sabah hava necə olacaq?

Noyabrın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək, gün ərzində əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

OXŞAR XƏBƏRLƏR
Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir

Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir

Kafedə qumar oyunları təşkil edən şəxs saxlanılıb

Kafedə qumar oyunları təşkil edən şəxs saxlanılıb

Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var

Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var

XƏBƏR LENTİ
  • 11:06

    Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir
  • 10:57

    Kafedə qumar oyunları təşkil edən şəxs saxlanılıb
  • 10:51

    Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var
    Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var
  • 10:46

    Sabah güclü maqnit qasırğası olacaq
  • 10:45

    Daha 7 güləşçimiz mübarizəyə başlayır
  • 10:42

    Ağsu sakini paytaxtda bıçaqlanıb
  • 10:40

    FHN əməliyyat görüntüləri yayıb
  • 10:34

    Almaniya prezidenti qarşılanmaq üçün Qətərdə yarım saat təyyarədə gözləyib - VİDEO
Menyu