Menyu

Qazaxda təbiətə 523 min manatdan artıq ziyan vurulmasına görə cinayət işi başlanıb

Nərmin Qocamanlı
Qazaxda təbiətə 523 min manatdan artıq ziyan vurulmasına görə cinayət işi başlanıb


Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Qazax və Daşkəsən rayonları ərazisində qanunsuz qum-çınqıl hasilatı aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılmışdır. 

"Operativ Media" xəbər verir ki, araşdırma zamanı Qazax rayonu ərazisində yerləşən “Daş Salahlı” əhəngdaşı yatağında “Arzulu” firması, “Müstəqil Bənna” kiçik müəssisəsi və “Aysel-Asiman” MMC tərəfindən, “Coğazçay” qum-çınqıl yatağında “Coğaz” MMC tərəfindən və Daşkəsən rayonu ərazisində yerləşən “Əmirvar” mərmərləşmiş əhəngdaşı yatağında isə “Qoşqar-Mədən” MMC-nin vəzifəli şəxsləri tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilməsi və qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması nəticəsində təbiətə 523 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilmişdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər