Fövqəladə hallar naziri Qubada qəbul keçirəcək

Nərmin Qocamanlı
Fövqəladə hallar naziri Qubada qəbul keçirəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 24 noyabr 2023-cü il tarixində Quba şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10.00-dan Quba və Qusar rayonları sakinlərinin qəbulu keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı 23 noyabr 2023-cü il tarixində Quba şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Digər xəbərlər