http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qərbi Azərbaycan İcması bəyanat yayıb

21 Noyabr 2023 , 17:03
Qərbi Azərbaycan İcması bəyanat yayıb

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Liz Kristoffersen Azərbaycana səfəri çərçivəsində Ermənistandan olan azərbaycanlı qaçqınlarla görüşüb, onların dərdlərini dinləməkdən imtina etmişdir.

"Operativ Media" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir:

"Xatırladaq ki, göndərdiyimiz müraciətlərə baxmayaraq, AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri də bizim problemlərlə məşğul olmaqdan boyun qaçırırlar".

Qeyd edilib ki, Ermənistandan azərbaycanlıların qovulması və Ermənistan hökumətinin onların geri qayıtmasına əngəl törətməsi Avropa Şurasının insan hüquqları konvensiyaları ilə tanınmış hüquqların kobud şəkildə pozuntusudur.

Əsas vəzifəsi Avropa Şurasının insan hüquqları sahəsində konvensiyalarının yerinə yetirilməsi vəziyyətinin yoxlanılması olan AŞPA-nın Monitorinq Komitəsinin bu məsələyə məhəl qoymaması öz mandatına hörmətsizlikdir və bu qurum tərəfindən etnik və dini əsasda ayrı-seçkilikdir. AŞPA-nın monitorinq proseduru insan haqlarını irəlilədən mexanizm olmaqdan çıxaraq, bəzi dairələrin siyasi maraqlarına xidmət edən alətə çevrilmişdir. 

Qərbi Azərbaycan İcması ayrı-seçkili davranışını pisləyir, onlardan öz vəzifələrinin icrasına məsuliyyətlə yanaşmağı və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ ilə məşğul olmağı tələb edir.

OXŞAR XƏBƏRLƏR
Ağdaşda vətəndaş qanunsuz saxladığı odlu silahı polisə təhvil verib

Ağdaşda vətəndaş qanunsuz saxladığı odlu silahı polisə təhvil verib

Naxçıvanda son 1 ayda 67  nəfər saxlanılıb

Naxçıvanda son 1 ayda 67 nəfər saxlanılıb

Saatlı sakini odlu silahı polisə təhvil verib

Saatlı sakini odlu silahı polisə təhvil verib

XƏBƏR LENTİ
  • 11:35

    Vüsal Ağayev: "Sənayə və Dağ mədən nəzarəti sahəsində kadr məsələsi çox çətin məsələdir"
  • 11:28

    Gəncədə keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır
  • 11:26

    Mirzoyan və Borrel Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
  • 11:26

    DİN kibertalamaya və kiberdələduzluğa qarşı maarifləndirici sosial videoçarx hazırlayıb
  • 11:06

    Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir
  • 10:57

    Kafedə qumar oyunları təşkil edən şəxs saxlanılıb
  • 10:51

    Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var
    Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var
  • 10:46

    Sabah güclü maqnit qasırğası olacaq
Menyu