http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçiriləcək

21 Noyabr 2023 , 19:25
Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçiriləcək

Naxçıvan şəhərində 23-24 noyabr tarixlərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres keçiriləcək.

"Operativ Media" xəbər verir ki, Qərbi Azərbaycana həsr olunan festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyalar, kitab sərgisi, kulinariya və maddi mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycan mahnıları və folklor nümunələrindən ibarət konsert proqramı, Qərbi Azərbaycana həsr edilən filmlərin nümayişi və digər tədbirlər yer alacaq. Qərbi Azərbaycandan olan, muxtar respublikada yaşayan sakinlər ilk dəfə olaraq bir araya gələcək, ilk görüşləri keçiriləcək.

Məlumat üçün bildirək ki, konsert proqramında Naxçıvan Dövlət Universitetinin Xalq çalğı alətləri orkestrinin müşayiəti ilə Əməkdar artist Gülyanaq Məmmədova ilk dəfə olaraq Əməkdar incəsənət xadimi, bəstəkar Nazim Quliyevin müəllifi olduğu “İrəvan” və “Naxçıvan” şikəstələrini ifa edəcək.

Festivalda “İrəvan mətbəxi” kulinariya sərgisi təşkil olunacaq. İrəvan mətbəxinə dair 40 adda yemək, 50-yə yaxın şirniyyat və mürəbbə, 30-a yaxın şərbət, doşab, xoşab, 100-ə yaxın meyvə, quru meyvə və tərəvəz, 50-dən çox müalicəvi bitki, 20 adda qış tədarük yemək növü, 13 növdə müxtəlif çay nümunələri nümayiş olunacaq.

Qərbi Azərbaycan nümayəndə heyətinin Ordubad və Çalxanqalaya səfərləri təşkil olunacaq. Qərbi Azərbaycana həsr olunmuş “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin sədri Nurlana Hacıyevanın layihə rəhbəri olduğu “Yada daşı”, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin dəstəyi ilə hazırlanan ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Quliyev olan “Nəsil ağacı” sənədli filmləri nümayiş etdiriləcək.
Festivalda həmçinin Qərbi Azərbaycana aid ədəbiyyat nümunələri, elmi araşdırmalar, məqalələr toplusu, rəsm əsərləri sərgilənəcək.

Qeyd edək ki, festival-konqresə aid bütün məlumatların ictimaiyyətə daha əlçatan olması məqsədilə https://qacon23.ndu.edu.az/ saytı yaradılıb.

OXŞAR XƏBƏRLƏR
Bakıda "Kalaşnikov” satmaq istəyən şəxs tutulub

Bakıda "Kalaşnikov” satmaq istəyən şəxs tutulub

Naxçıvanda “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC təsis edilib

Naxçıvanda “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC təsis edilib

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub

Beynəlxalq axtarışda olan daha bir şəxs ölkəmizə ekstradisiya olunub

XƏBƏR LENTİ
  • 10:19

    ÜST Avropada ən sürətlə artan İİV epidemiyasını elan edib
  • 10:08

    Türkiyə-Ermənistan Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır
  • 10:05

    Bakıda "Kalaşnikov” satmaq istəyən şəxs tutulub
  • 09:50

    AQTA ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı xəbərdarlıq edib
  • 09:23

    Gəncədə yol qəzası zamanı piyada xəsarət alıb
  • 09:12

    Goranboyda qadın yanıq xəsarətləri alıb
  • 09:03

    Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
  • Dünən
    23:21

    Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir
Menyu