http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Əlahiddə Ümumqoşun Ordunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır - VİDEO

22 Noyabr 2023 , 10:20
Əlahiddə Ümumqoşun Ordunun ön xətt bölmələri qış mövsümünə tam hazırdır - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan Ordusunda döyüş növbətçiliyi aparan bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam etdirilir. Qarşıdan gələn soyuq qış aylarında da gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazır olma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qış mövsümündə çətin dağlıq şəraitdə, dəniz səviyyəsindən 3000 metrdən çox yüksəklikdə döyüş növbətçiliyi aparan şəxsi heyətin uğurla xidmət etməsi üçün yüksək məişət şəraiti yaradılıb. Yataqxana, yeməkxana, əşya, ərzaq anbarları və digər binalarda yaradılan müasir şərait  xidmətin təhlükəsiz və rahat şəkildə aparılmasına zəmin yaradır. Ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Ön xətt bölmələrimiz qışa hazırlıq tədbirləri çərçivəsində isti geyim, yanacaq, içməli su, ərzaq, eləcə də digər zəruri ehtiyatlarla tam təmin edilib. Mövqelərarası elektrik xətti yenisi ilə əvəz olunub, sənaye işığı ilə yanaşı, alternativ və bərpaolunan enerji mənbələrindən də istifadə olunması üçün günəş panelləri quraşdırılıb. Əsas və ehtiyat səngərlər, mövqelər, müşahidə və dayaq məntəqələri təkmilləşdirilib, mövqelər beton sığınacaqlarla təmin olunaraq müdafiənin dayanıqlılığı artırılıb. Dayanıqlı mühəndis-istehkam qurğuları və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, peşəkarlığı mövqelərin etibarlı müdafiəsinə təminat verir.
Bölmələrdə əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün də lazımi şərait yaradılıb, ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, qəzet və jurnallar əsgərlərin istifadəsinə verilib. Ən ucqar zirvələrdə belə şəxsi heyətin ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr barədə məlumat alması üçün televizorlar quraşdırılıb.
Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmələrdə döyüş hazırlığı planına əsasən təcrübəli zabitlər tərəfindən dərs və məşğələlər keçirilir. Bu da döyüş hazırlığı ilə bərabər, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının da yüksəldilməsində əsas rol oynayır.
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində və müdafiə mövqelərində xidmət aparan şəxsi heyətin sağlamlığı  vacib amil olduğundan xəstəxana və tibb məntəqələri bütün tibbi ləvazimatlarla təmin edilib və hərbi qulluqçuların gigiyena qaydalarına düzgün əməl etmələri üçün profilaktik tədbirlər görülür. Bütün bunlar da soyuq havalarda virus infeksiyalarının və yoluxucu xəstəliklərin tez bir zamanda qarşısının alınmasına şərait yaradır.
Vətən torpaqlarını qoruyan əsgərlərimizin nümunəvi xidməti üçün dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılıb. Qəhrəmanlıq və mübarizlik ifadəsini özündə təcəssüm etdirən, torpaqlarımızı işğaldan azad etmək kimi ən şərəfli missiyanı uğurla tamamlayan Azərbaycan əsgəri xidmətinin nə qədər məsuliyyətli və qürurverici olduğunu dərindən dərk edir.
Müzəffər Ali baş Komandanın rəhbərliyi ilə doğma torpaqlarımızı azad edən Azərbaycan əsgəri daim dövlət-xalq-ordu birliyindən güc alaraq Vətən torpağını şərəflə qorumaq və bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlmək əzmindədir.

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Ceyhun Bayramov: Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir

Ceyhun Bayramov: Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu